Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb Orta faiz manatda 11,09%, xarici valyutada 9,75% təşkil edib
Maliyyə
16 İyun , 2017 10:31
Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb
Report

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda manatla banklararası kreditlər cari ilin aprel ayında ucuzlaşmağa davam edib. Manatla kreditlər üzrə orta faiz apreldə 1,39 faiz bəndi azalaraq cari il mayın 1-nə 11,09% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Xarici valyutada verilən kreditlərdə isə orta faiz 9,45%-dən 9,74%-ə yüksəlib.

Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,19% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi