Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi iyul ayında 0,6 faiz bəndi azalaraq avqustun 1-nə illik 10,63% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,35%-dən 4,86%-ə yüksəlib.
Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.