Azərbaycanda maliyyə təşkilatlarının sayı artır

Azərbaycanda maliyyə təşkilatlarının sayı artır Bu sahə ilə bağlı müəssisə və təşkilatların sayı 1 612-yə çatıb
Maliyyə
16 Oktyabr , 2017 14:46
Azərbaycanda maliyyə təşkilatlarının sayı artır
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı ilin əvvəlindən 2,9% artaraq oktyabrın 1-nə 1 612 vahidə çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə maliyyə və sığorta fəaliyyəti ilə bağlı 60 şirkət və ya müəssisə yaradılıb, 21-i isə ləğv olunub. Müəssisə və təşkilatların 1 547-si kommersiya təşkilatıdır. Maliyyə fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar ölkədəki cəmi müssisə və təşkilatların 1,4%-ni əhatə edib.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,7% artaraq 2017-ci il oktyabrın 1-nə 115 651 olub. 

Dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr, əsasən, Türkiyə (33,7%), Böyük Britaniya (8,1%), Rusiya (7,3%), İran (6,5%), ABŞ (3,4%) və Almaniya (2,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Son xəbərlər

Orphus sistemi