Azərbaycanda maliyyə sektoruna investiyalar 75% artıb

Azərbaycanda maliyyə sektoruna investiyalar 75% artıb Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşunun məbləği 800 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,4% çoxdur.
Maliyyə
19 Mart , 2018 14:28
Azərbaycanda maliyyə sektoruna investiyalar 75% artıb

Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşunun məbləği 800 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,4% çoxdur.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikaya əsasən, ilk 2 ay ərzində maliyyə sahəsinə investisiyaların iqtisadiyyata yatırılan ümumi investisiya qoyuluşunda payı 0,04% olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 62,5%-i sənaye, 15,8%-i tikinti, 8,8%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,8% olmaqla səhiyyə, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,3% olmaqla informasiya və rabitə, digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,2% olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Son xəbərlər

Orphus sistemi