Azərbaycanda maliyyə sektoruna investisiyalar 3 dəfəyə yaxın artıb

Azərbaycanda maliyyə sektoruna investisiyalar 3 dəfəyə yaxın artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 41,9 mln. manatı və yaxud 0,2%-i maliyyə və sığorta fəaliyyətinə yönəlib.
Maliyyə
22 Yanvar , 2019 10:46
Azərbaycanda maliyyə sektoruna investisiyalar 3 dəfəyə yaxın artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 41,9 mln. manatı və yaxud 0,2%-i maliyyə və sığorta fəaliyyətinə yönəlib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, 2017-ci illə müqayisədə 2,8 dəfə çoxdur. 

Qeyd edək ki, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 mln. manat və yaxud əvvəlki ilə nisbətən 4,4% az vəsait yönəldilib.

Son xəbərlər

Orphus sistemi