Azərbaycanda listinqlə bağlı videokonfrans keçiriləcək

Azərbaycanda listinqlə bağlı videokonfrans keçiriləcək Tədbir AMB, KOBİA və BFB-nin birgə təşkilatçılığı ilə baş tutacaq
Maliyyə
208
12 Mart , 2021 15:21
Azərbaycanda listinqlə bağlı videokonfrans keçiriləcək

Martın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Bakı Fond Birjası" QSC-nin (BFB) birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək.

Bu barədə "Report"a Birjadan bildirilib.

Məlumata görə, tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında listinqin üstünlükləri barədə məlumatın verilməsi, KOB-ların fond birjası vasitəsi ilə qiymətli kağız buraxılışının təşviq edilməsi, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.

Videokonfransda AMB, BFB və investisiya şirkətlərinin ekspertləri kapital bazarı haqqında, eyni zamanda kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında məlumat verəcək.

Xatırladaq ki, BFB kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir.

Son xəbərlər

Orphus sistemi