Azərbaycanda Listinq Məsləhət Proqramı çərçivəsində 12 eminent listinqə daxil edilib

Azərbaycanda Listinq Məsləhət Proqramı çərçivəsində 12 eminent listinqə daxil edilib Daha 4 emitentin bu səviyyəyə çıxması gözlənilir
Maliyyə
4 Noyabr , 2016 11:03
Azərbaycanda Listinq Məsləhət Proqramı çərçivəsində 12 eminent listinqə daxil edilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda 2012-2016-cı illərdə həyata keçirilən “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” çərçivəsində vahid depozitar sistemi yaradılıb, əməliyyatlar üzrə hesablaşmaların 1 gün sonra, T+n rejimində həyata keçirilməsinə qərar verilib.

“Report” xəbər verir ki, bu barədə layihənin nəticələrinə həsr olunmuş tədbirdə məlumat verilib. Tədbirdə həmçinin qeyd olunub ki, layihə çərçivəsində Listinq Məsləhət Proqramı reallaşdırılıb. Pulsuz təlimlərdən, seminardan ibarət proqram 40 emitenti əhatə edib. Bunlardan 16-sı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq proqramın iştirakçısı olan 12 emitent listinqə daxil edilib, daha 4-nün də bu səviyyəyə çıxması gözlənilir.

Bundan başqa, “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” çərçivəsində Təlim Mərkəzi yaradılıb, bazarla maraqlanan şəxslərə xüsusi bilik və bacarıqlar verilib.

Xatırladaq ki, layihə Dünya Bankı (WB) ilə birgə həyata keçirilib, onu İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) dəstəkləyib. Layihənin büdcəsi 15,8 mln. ABŞ dolları olub. Bunun 12 mln. dollarını WB, 1,6 mln. dollarını SECO, 2,2 mln. dollarını isə Azərbaycan hökuməti ayırıb. 

Son xəbərlər

Orphus sistemi