Azərbaycanda könüllü sığorta bazarı 9 % böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 9 % böyüyüb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 398,83 million manat sığorta haqqı toplanıb.
Maliyyə
22 Sentyabr , 2021 12:45
Azərbaycanda könüllü sığorta bazarı 9 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 398,83 million manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 257,744 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,6% çoxdur.

Yanvar-avqust aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 64,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,9 manat olub.

Son xəbərlər

Orphus sistemi