Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 401,679 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
1 Noyabr , 2020 10:49
Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 401,679 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur.

Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 257,299 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 79,4% çoxdur.

Beləliklə, 2020-ci ilin ilk 9 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 64,1 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 9 ayında 40,8 manat olub.

Son xəbərlər

Orphus sistemi