Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb
Maliyyə
43
27 İyun , 2020 16:21
Azərbaycanda könüllü sığorta bazarı 14% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 242,35 milyon manat sığorta haqqı toplanılıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Son 1 ildə könüllü sığorta növləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 73% artaraq 110,75 milyon manat təşkil edib.

Beləliklə, 2020-ci ilin 5 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 45,7 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-ci ilin 5 ayında 30,1 manat olub.