Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 364 792,1 min manat sığorta haqqı toplanıb.
Maliyyə
27 Avqust , 2021 13:52
Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 364 million 792,1 min manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 228 million 183,8 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.

Yanvar-iyul aylarında sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 62,55 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,8 manat olub.

Son xəbərlər

Orphus sistemi