Azərbaycanda kommersiya banklarının Mərkəzi Banka borcu kəskin artıb

Azərbaycanda kommersiya banklarının Mərkəzi Banka borcu kəskin artıb Kommersiya banklarının AMB-yə borcu məcmu bank aktivlərinin 20%-nə çatıb
Maliyyə
11 Aprel , 2016 11:01
Azərbaycanda kommersiya banklarının Mərkəzi Banka borcu kəskin artıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı məcmu tələbi 2016-cı il martın 1-nə 6 463,4 mln. manat təşkil edib. "Report"un AMByə istinadən verdiyi xəbərə görə, kommersiya banklarının Mərkəzi Banka ümumi borcu fevralın 1-nə nisbətən 546,1 mln. manat və ya 9,23% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 4 554,2 mln. manat və ya 3,4 dəfə artıb.

Kommersiya banklarının AMB-yə borcunun artması maliyyə çətinliyi ilə qarşılaşan bank sistemində likvidliyin qorunması məqsədilə görülən tədbirlər nəticəsində baş verib. Hazırda banklara tələblər məcmu bank aktivlərinin 19,7%-nə çatıb. Keçən ay bu göstərici 17,5%, 2015-ci ilin analoji dövründə isə 6,7% olub.

Son xəbərlər

Orphus sistemi