Azərbaycanda kənd təsərrüfatının maliyyəyə çıxışı üzrə Tədbirlər Planı təsdiq edilib

Azərbaycanda kənd təsərrüfatının maliyyəyə çıxışı üzrə Tədbirlər Planı təsdiq edilib Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
Maliyyə
11 İyul , 2017 11:54
Azərbaycanda kənd təsərrüfatının maliyyəyə çıxışı üzrə Tədbirlər Planı təsdiq edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Maliyyə Sabitliyi Şurasının növbəti iclası keçirilib. İclasda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilmiş və müvafiq dövlət qurumları ilə razılaşdırılmış kənd təsərrüfatının maliyyəyə çıxışının asanlaşdırılması üzrə Tədbirlər Planının son variantı təsdiq olunub.

“Report” bu barədə Maliyyə Sabitliyi Şurasının Katibliyinə istinadən xəbər verir.

İclasda həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan əvvəl Maliyyə Sabitliyi Şurasının 2017-ci il 20 iyun tarixində Azərbaycanın baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə iclası keçirilib. İclasda  Prezidentin Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş Tədbirlər Planı müzakirə olunub. 

Tədbirlər Planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, beynəlxalq maliyyə qurumlarının texniki yardımı çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi