Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik 1 000%-dir

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik 1 000%-dir Qalan bütün sığorta növləri üzrə yığımlar ödənişləri üstələyib
Maliyyə
26 Mart , 2018 11:14
Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik 1 000%-dir

Bakı. 26 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 6 444 manat sığorta haqqı toplanılıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan sığorta növü üzrə həyata keçirilmiş sığorta ödənişləri isə bundan, təxminən, 10 dəfə çox – 64 371 manat olub. Başqa sözlə, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik, təqribən, 1 000%-dir.

İki ay ərzində qalan bütün sığorta növləri üzrə yığımları ödənişləri üstələyib. Bəzi sığorta növlərində zərərlilik nisbətən yüksək olub. Belə ki, ödəniş-yığım nisbəti hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında 94%, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 72%, həyatın yaşam sığortasında 59%, avtonəqliyyat vasitələrinin könüllü sığortasında 43% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi