Azərbaycanda istehlak bazarı 8 % azalıb

Azərbaycanda istehlak bazarı 8 % azalıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 42 milyard manat təşkil edib.
Maliyyə
253
17 Dekabr , 2020 10:53
Azərbaycanda istehlak bazarı 8 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 42 milyard manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % azdır.

Son 1 ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri 7,3 % azalaraq 40,5 milyard manata bərabər olub. Onun 51 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və yaxud 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23 manat az vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi