Azərbaycanda işləyən şəxslər güzəşt hüququndan vaxtında faydalana biləcək

Azərbaycanda işləyən şəxslər güzəşt hüququndan vaxtında faydalana biləcək Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətindədir.
Maliyyə
189
18 Noyabr , 2021 16:54
Azərbaycanda işləyən şəxslər güzəşt hüququndan vaxtında faydalana biləcək

Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətindədir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin təklif müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatların gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Mövcud qanunvericilikdə müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işçiyə ödənilən təminat ümumi qaydada gəlir vergisinə cəlb edilir. Təklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə uyğun olaraq ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğləri vətəndaşlar vergi tutulmadan əldə edəcək.

Gəlir vergisi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilmiş digər bir dəyişiklik fiziki şəxsin vergi güzəştinin həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması ilə bağlıdır. Belə ki, bir sıra hallarda fiziki şəxsin güzəşt hüququnu müəyyən edən statusu olmasına baxmayaraq (məsələn, əlilliyi və ya həlak olmuş döyüşçünün övladı olması və s.), əmək müqaviləsi bağladığı anda bu barədə bəzən məlumatsız olması və digər səbəblərdən müvafiq təsdiqedici sənədləri işəgötürənə müəyyən müddətdən sonra təqdim edir. Nəticədə işçinin güzəşt hüququ olsa da həmin hüququndan vaxtında istifadə edə bilmir və əvvəlki dövrlər üzrə də ona ödənilmiş gəlirlər üzrə güzəştlər tətbiq olunmur. Bununla da faktiki olaraq güzəşt hüququ olan şəxsin hüquqları pozulmuş olur.

Təklif edilən dəyişiklik isə müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi