Azərbaycanda işləmək istəyən xarici bankdan benefisiar mülkiyyətçiləri barədə məlumat tələb ediləcək

Azərbaycanda işləmək istəyən xarici bankdan benefisiar mülkiyyətçiləri barədə məlumat tələb ediləcək Azərbaycanda xarici bankların yerli filiallarının lisenziyalaşdırılması ilə bağlı tələblər sərtləşdirilir.
Maliyyə
19 fevral 2025 08:03
Azərbaycanda işləmək istəyən xarici bankdan benefisiar mülkiyyətçiləri barədə məlumat tələb ediləcək

Azərbaycanda xarici bankların yerli filiallarının lisenziyalaşdırılması ilə bağlı tələblər sərtləşdirilir.

"Report" xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə, xarici bankların yerli filialları lisenziyalaşdırılarkən Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat da tələb ediləcək.

Son xəbərlər

Orphus sistemi