​Azərbaycanda iqtisadi geriləmə 4,5% olub

​Azərbaycanda iqtisadi geriləmə 4,5% olub DSK: ÜDM-in azalması əsasən tikinti və nəqliyyat sektorları ilə bağlıdır
Maliyyə
17 May , 2016 17:40
​Azərbaycanda iqtisadi geriləmə 4,5% olub

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 16 867,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% az ümumi daxili məhsul istehsal edilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.

Əlavə dəyərin 39,5%-i sənayedə, 12,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i turistlərin yerləşdirilməsi, ictimai iaşə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1 756,7 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi