Bakı. 9 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda iqtisadi artım illik müqayisədə 2,3% təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən qeyri-neft sektoru 3% böyüyüb.
Xatırladaq ki, 2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.