Azərbaycanda ipoteka ilə aldığı yeni mənzilə görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq

Azərbaycanda ipoteka ilə aldığı yeni mənzilə görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq Prezident İlham Əliyev “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edib
Maliyyə
2 May , 2018 16:44
Azərbaycanda ipoteka ilə aldığı yeni mənzilə görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq

Bakı. 2 may. REPORT.AZ/ Prezident İlham Əliyev “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

“Report” xəbər verir ki, yeni fərmana görə, ilkin mənzil bazarından ipoteka ilə aldığı əmlaka görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq. 

Xatırladaq ki, hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70%-dən çox ola bilməz. Artıq bu tələb ilkin ödənişi 40%-dən çox olanlara aid edilmir.  

Son xəbərlər

Orphus sistemi