Azərbaycanda investisiyaların strukturunda bank kreditlərinin payı 2 dəfəyə yaxın artıb

Azərbaycanda investisiyaların strukturunda bank kreditlərinin payı 2 dəfəyə yaxın artıb Cəmi investisiyaların 9,8%-ni bank kreditləri təşkil edib
Maliyyə
19 Oktyabr , 2016 11:01
Azərbaycanda investisiyaların strukturunda bank kreditlərinin payı 2 dəfəyə yaxın artıb

Bakı. 19 oktyabr. REPORt.AZ/ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz bəndi artaraq 9,8%-ə yüksəlib.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, cari ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 1 000,4 mln. manatı bank kreditlərinin payına düşüb. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,4% çoxdur.

Qeyd edək ki, ölkə iqtisadiyyatına cəmi investisiyaların 71,7%-ni və ya 7 366,2 mln. manatını müəssisə və təşkilatların vəsaitləri, 13,4%-ni və ya 1 378,9 mln. manatını büdcə vəsaitləri, 1,1%-ni və ya 112,6 mln. manatını büdcədənkənar fondların vəsaitləri, 3,8%-ni və ya 385,8 mln. manatını əhalinin şəxsi vəsaitləri təşkil edib.

Son xəbərlər

Orphus sistemi