Azərbaycanda investisiya qoyuluşu 2,6% artıb

Azərbaycanda investisiya qoyuluşu 2,6% artıb Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 588,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.
Maliyyə
13 Avqust , 2020 12:36
Azərbaycanda investisiya qoyuluşu 2,6% artıb

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 mlrd 588,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6% azalıb. İstifadə olunmuş vəsaitin 5 mlrd 104,7 milyon manatı və ya 67,3%-i məhsul istehsalı sahələrinə, 1 mlrd 745,9 milyon manatı (23%-i) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd 692,5 milyon manatını və ya 61,8%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd 703,9 milyon manatı və ya 62%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7%, büdcə vəsaitləri 22%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4,2%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1% təşkil etib.

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi