Azərbaycanda insanların 12%-i "ƏDV-ni geri al" xidmətindən istifadə etmir

Azərbaycanda insanların 12%-i "ƏDV-ni geri al" xidmətindən istifadə etmir Media Təhlil Mərkəzi (MTM) martın 6-10-da “ƏDV-ni geri al” layihəsi və bonus/endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə növbəti sorğu keçirib
Maliyyə
100
18 Mart , 2021 12:46
Azərbaycanda insanların 12%-i ƏDV-ni geri al xidmətindən istifadə etmir

Media Təhlil Mərkəzi (MTM) martın 6-10-da “ƏDV-ni geri al” layihəsi və bonus/endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə növbəti sorğu keçirib.

"Report"un MTM-ə istinadən verdiyi xəbərə görə, sorğuda iştirak edən 676 respondentin 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib.

“Topladığınız ƏDV məbləği ilə nə edirsiniz?” sualına cavab verənlərin 58,3%-i geri qaytarılan vəsaitlə ödənişlər etdiyini, 24,7%-i isə topladıqları məbləği kartında saxladığını qeyd edib. Respondentlərin 5,3%-i toplanan pulları nəğdləşdirdiyini vurğulasa da, 11,7%-i isə “ƏDV geri al” xidmətindən istifadə etmədiyini bildirib.

“Bonus və endirim kartlarının keçərli olması alış-verişinizə təsir edirmi?” sualına verilən cavabların faiz göstəricisi bir-birinə yaxın olub. Respondentlərin 51,2%-i bonus və endirim kartlarının o qədər də əhəmiyyət kəsb etmədiyini, kartları olmayan mağazalardan da alış-veriş etdiklərini söyləyiblər. Sorğu iştirakçılarının 48,8%-ni bonus kartlarının keçərli olduğu mağazalara üstünlük verənlər təşkil edib.

Sorğunun nəticələri göstərir ki, respondentlər bonus və endirim kartlarından daha çox ərzaq alış-verişlərində istifadə edirlər. Bu sıralamada ikinci yeri geyim və ayaqqabı, üçüncü yeri texnika və məişət avadanlıqları tutur. Parfümeriya məhsullarının alışında isə bonus və endirim kartlarından daha az istifadə olunur.

Son xəbərlər

Orphus sistemi