Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib

Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Maliyyə
18 Noyabr , 2021 14:38
Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib

Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar “Webex” platforması üzərindən keçirilən iclasda AMB ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin “Ekvita” şirkətinin, "Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi", "İqtisadi Təşəbbüslərə Yardım" Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf" İctimai Birliklərinin təmsilçiləri iştirak edib.

İclas iştirakçıları işçi qrupun builki fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində gördüyü işləri müzakirə edib, fəaliyyət planının tam icrasına nail olmaq üçün ilin sonuna qədər görülməli olan tədbirlər ətrafında fikir mübadiləsi aparıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanılması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub. İclasda həmçinin işçi qrupun 2022-ci il üzrə fəaliyyət planının ilkin layihəsi müzakirə edilib, iclas iştirakçılarının təkliflərinin nəzərə alınaraq layihənin təkmilləşdirilməsi qərara alınıb.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində iclas iştirakçıları ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində irəli sürülmüş təklifləri nəzərdən keçilmək üçün Komissiyaya təqdim etməyi qərar alıb.

Son xəbərlər

Orphus sistemi