Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib

Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib Bu il qiymət artımının təkrəqəmli olacağı gözlənilir
Maliyyə
14 İyun , 2018 10:29
Azərbaycanda inflyasiya proqnozu dəyişdirilməyib
Elman Rüstəmov
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Bankı (AMB) hələlik inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir. Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək". 

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib. 

"Bu il ərzində inflyasiyanın azalması davam edir. Beş ayda orta illik inflyasiya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında aparılan monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi