​Azərbaycanda ilk dəfə qeyri-bank təşkilatı plastik kart buraxıb

​Azərbaycanda ilk dəfə qeyri-bank təşkilatı plastik kart buraxıb "FINCA Azerbaijan" müştərilərə plastik kartlar təklif etməyə başlayıb
Maliyyə
10 İyun , 2016 10:34
​Azərbaycanda ilk dəfə qeyri-bank təşkilatı plastik kart buraxıb

Bakı. 10 iyun. REPORT.AZ/ "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı (BOKT) müştərilərə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb. BOKT-dan "Report"a verilən məlumata görə, yeni plastik kartlar "Fincard" adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur.

"Fincard" içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul "FINCA"nın kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması istiqamətində atdığı addımlardan biridir. Müştərilər "Fincard"la bank və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə nağdsız əməliyyatlar həyata keçirə bilərlər.

Artıq təşkilatın bir neçə müştərisi "Fincard"əldə edərək yeni kreditvermə kanalından istifadə edib. "FINCA Azerbaijan"ın bu xidməti "Azərpoçt" MMC və "MilliKart"Prossesinq Mərkəzi ilə əməkdaşlığı çərçivəsində tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi