​Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı təkliflər hazırlanır

​Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı təkliflər hazırlanır Ölkədəki əmlakın yalnız 1/10-i icbari sığortaya cəlb olunub
Maliyyə
2 İyul , 2015 12:39
​Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı təkliflər hazırlanır

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosu (İSB) tərəfindən mövcud qanunvericilik bazasına müəyyən dəyişikliklərlə bağlı təkliflər hazırlanır. Təkliflər paketinin artıq parlamentin qış sessiyasında müzakirəyə çıxarılması mümkündür.

"Report"un verdiyi xəbərə görə, bu barədə İSB-nin icraçı ditektoru Elxan Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, bütün təkliflər inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır və təkliflərdə həm avtonəqliyyat vasitələrinin, həm də əmlakın icbarı sığortasının genişləndirilməsi ilə bağlı məqamlar var: "2013-cü ilin statistikasına əsasən, ölkədə 3 mln.-dan çox əmlak olub ki, hazırda bunun yalnız 8-10%-i icbari sığortaya cəlb olunub".

Bununla yanaşı, İSB başçısı icbari avtomobil sığortası sahəsində də problemlərin olduğunu vurğulayıb: "Son statistik göstəricilərə görə, qeydiyyatda olan avtomobillərin sayı 1,245 mln. ədəd olub. Büronun informasiya sisteminə nəzər salsaq görərərik ki, hazırda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasının əhatəsi 50% səviyyəsindədir. Bu da çox aşağı rəqəmdir. İSB olaraq əsas məqsədimiz bunu 90-95%-ə çatdırmaqdır. Bu sahədə işlər görülür, təkliflər hazırlanır, 3 illik proqram təsdiq etmişik ki, ordada da əsas məqsəd icbari sığortanın əhatə dairəsini genişləndirməkdir. Yaxın 2-3 ilə həm avtonəqliyyat, həm də əmlakın icbari sığorta bazarının əhatə dairəsini 90%-ə çatdırmalıyıq".

E.Quliyev, həmçinin icbari sığortası olmayan nəqliyyat vasitələrinə, həm də daşınmaz əmlak üzrə icbari sığortası olmayanlara qarşı tətbiq edilən cərimənin daha da artırılmasının mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, icbari sığortasız nəqliyyat vasitəsi sürənlərə tətbiq edilən cərimə artıq 10 manatdan 50 manata qaldırılsa da, gələcəkdə bu məbləğ daha da artırıla bilər.

"Qonşu ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda bu məbləğ heç də böyük deyil. Belə ki, Gürcüstanda icbari sığortası olmadan avtomobil sürənə cərimə 200 dollar təşkil edir. Həmçinin maarifləndirmə tədbirləri nəticəsində bu il icbari sığortada artıma səbəb olub", - deyə icraçı direktor bildirib.

Son xəbərlər

Orphus sistemi