Azərbaycanda icbari sığorta bazarı 7% böyüyüb

Azərbaycanda icbari sığorta bazarı 7% böyüyüb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 113,55 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
27 İyun , 2020 17:16
Azərbaycanda icbari sığorta bazarı 7% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 113,55 milyon manat sığorta haqqı toplanılıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Son 1 ildə icbari sığorta növləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 12,4% azalaraq 26,1 milyon manat təşkil edib.

Beləliklə, 2020-ci ilin 5 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 22,95 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 5 ayında 27,9 manat olub. 

Son xəbərlər

Orphus sistemi