Azərbaycanda icbari sığorta bazarı 6 faiz böyüyüb

Azərbaycanda icbari sığorta bazarı 6 faiz böyüyüb Bu ilin yanvar-avqust aylarında icbari sığorta növlərindən yığılmış hər 100 manatın 27 manatı ödənişə yönəldilib
Maliyyə
3 Oktyabr , 2020 17:52
Azərbaycanda icbari sığorta bazarı 6 faiz böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 162,79 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Bundan başqa, hesabat dövründə icbari sığorta növlərinin hesabına 43,91 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 14,5 % azdır.

Beləliklə, 2020-ci ilin ilk 8 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 27 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 8 ayında 33,3 manat olub.

Son xəbərlər

Orphus sistemi