Azərbaycanda icbari sığorta bazarı 5% böyüyüb

Azərbaycanda icbari sığorta bazarı 5% böyüyüb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 170,731 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
728
1 Noyabr , 2020 14:08
Azərbaycanda icbari sığorta bazarı 5% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 170,731 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

Bundan başqa, hesabat dövründə icbari sığorta növlərinin hesabına 50,463 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 13,4% azdır.

Beləliklə, 2020-ci ilin ilk 9 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 28,1 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 9 ayında 34,1 manat olub.

Son xəbərlər

Orphus sistemi