Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə büdcə daxilolmaları 2% artacaq

Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə büdcə daxilolmaları 2% artacaq Gələn il Azərbaycanın dövlət büdcəsində hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 46 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
8 noyabr 2021 08:24
Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə büdcə daxilolmaları 2% artacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 46 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,2% çoxdur.

Artıma səbəb koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar torpaq vergisi üzrə güzəştlərin ləğv edilməsidir.

Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 15 milyon manatı neft, 31 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.

Son xəbərlər

Orphus sistemi