Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz artırılır

Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz artırılır Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 478 milyon manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcək.
Maliyyə
30 May , 2023 15:39
Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 478 milyon manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16,5 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi