Azərbaycanda həyatın yaşam sığortasına maraq artıb

Azərbaycanda həyatın yaşam sığortasına maraq artıb Bu ilin yanvar-may aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 122,967 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
3 İyul , 2021 13:55
Azərbaycanda həyatın yaşam sığortasına maraq artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 122,967 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 115,587 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 64,2% çoxdur.

5 ay ərzində həyatın yaşam sığortası üzrə yığımlar ümumi yığımların 30,9%-ni, ödənişlər isə ümumi ödənişlərin 55,5%-ni təşkil edib. Bu nisbətlər ötən ilin eyni dövründə müvafiq olaraq 27,25% və 50,2% olub.

Son xəbərlər

Orphus sistemi