Cari ilin yanvar-iyul aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 102,437 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% azdır.
Son 1 ildə bu sığorta növü üzrə ödənişlər isə 1,68% artaraq 62,834 milyon manat olub.
Hesabat dövründə həyatın yaşam sığortasından toplanmış hər 100 manat sığorta haqqının 61,3 manatı ödənişə yönəldilib. Bu rəqəm 1 il bundan əvvəl 40,4 manat olub.
Xatırladaq ki, hazırda ölkədə həyat sığortası üzrə 4 şirkət - “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat Sığorta" ASC-lər də fəaliyyət göstərir.