Azərbaycanda haqsız rəqabətə qarşı tədbirlər sistemi hazırlanır

Azərbaycanda haqsız rəqabətə qarşı tədbirlər sistemi hazırlanır Məcburi auditdən yayınanlara qarşı tədbirlər görüləcək
Maliyyə
19 Fevral , 2016 09:50
Azərbaycanda haqsız rəqabətə qarşı tədbirlər sistemi hazırlanır

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda auditor xidmətinin inkişaf Konsepsiyasına (2012-2020-ci illər) əsasən, bu il dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənib hazırlanması və tətbiqi nəzərdə tutulur.

"Report"un verdiyi xəbərə görə, bundan başqa, məcburi auditdən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. 

Həmçinin, Auditorlar Palatasının institusional potensialının gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, auditorların və audit şirkətlərinin reyestrinin aparılması, auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi