Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 2 mlrd 360,6 milyon manat təşkil edib
Maliyyə
709
10 Avqust , 2020 16:54
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb
Report.az
0 : 00
0 : 00

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 mlrd 360,6 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4,8% azalaraq 568,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,1% azalaraq 1 mlrd 691,4 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə azalaraq 78,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,4% azalaraq 21,4 milyon manat olub.

Orphus sistemi