Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 020,284 milyon manat təşkil edib.
Maliyyə
16 Avqust , 2022 08:54
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 020,284 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,9% artaraq 748,471 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,4% artaraq 2 151,566 milyon manat, aksizlər üzrə daxilolmalar 7,95% azalaraq 85,361 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42,3% artaraq 34,885 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi