2021-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 342,969 milyon manat təşkil edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 10,3% çoxdur.
Ötən il gömrük rüsumları üzrə daxilolmalar 18,6% artaraq 1 205,507 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,9% artaraq 2 930,72 milyon manat, aksizlər üzrə daxilolmalar 13,7% artaraq 163,117 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,1% artaraq 43,624 milyon manat olub.