Azərbaycanda gömrük, ədliyyə və miqrasiya xidməti işçilərinin maaşları artırılıb

Azərbaycanda gömrük, ədliyyə və miqrasiya xidməti işçilərinin maaşları artırılıb Sözügedən şəxslərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb
Maliyyə
10 Mart , 2018 19:21
Azərbaycanda gömrük, ədliyyə və miqrasiya xidməti işçilərinin maaşları artırılıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama görə, sözügedən şəxslərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları martın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.

Maaş artımı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinə da şamil edilib. Prezidentin müvafiq sərəncamı ilə onların da aylıq əməkhaqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırığı verib.

Son xəbərlər

Orphus sistemi