Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 13 % artıb

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 13 % artıb 2023-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 700 milyon manat proqnoza qarşı 1 659,6 milyon manat (40,4 milyon manat və yaxud 2,4 % az), 2022-ci illə müqayisədə isə 185,2 milyon manat və yaxud 12,6 % çox icra olunub.
Maliyyə
23 May , 2024 11:08
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 13 % artıb

2023-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 700 milyon manat proqnoza qarşı 1 659,6 milyon manat (40,4 milyon manat və yaxud 2,4 % az), 2022-ci illə müqayisədə isə 185,2 milyon manat və yaxud 12,6 % çox icra olunub.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, proqnozun tam icra olunmaması digər tədiyyə növləri üzrə artıq ödənilmiş vergilərin fiziki şəxslərin gəlir vergisi ilə əvəzləşdirilməsi ilə əlaqədardır.

İllik müqayisədə artıma səbəb isə ölkədə orta aylıq nominal əməkhaqqının 11,2 % artaraq 934 manat olması, əməkhaqqı fondunun isə 2 877,4 milyon manat və yaxud 15,5 % artmasıdır.

Son xəbərlər

Orphus sistemi