Azərbaycanda fintex-startaplar üçün“Open Banking Lab” layihəsinin icrasına başlanılıb

Azərbaycanda fintex-startaplar üçün“Open Banking Lab” layihəsinin icrasına başlanılıb Maliyyə Bazarlarına Nəzarət Palatasının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND - İnkubasiya və Akselerasiya Mərkəzinin, eləcə də “Bank Respublika” ASC-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə fintex-startuplar üçün “Open Banking Lab” layihəsinin icrasına başlanılıb.
Maliyyə
15 Avqust , 2019 12:30
Azərbaycanda fintex-startaplar üçün“Open Banking Lab” layihəsinin icrasına başlanılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND - İnkubasiya və Akselerasiya Mərkəzinin, eləcə də “Bank Respublika” ASC-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə fintex-startuplar üçün “Open Banking Lab” layihəsinin icrasına başlanılıb.

“Report” xəbər verir ki, 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və yaxud komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika”nın maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan “Open API” interfeysinə çıxış veriləcək. Bu interfesy müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən mexanizmdir. “Open API” vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.

Layihə banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi