Azərbaycanda əsas kapitala sərmayələr 4% azalıb

Azərbaycanda əsas kapitala sərmayələr 4% azalıb Əsas kapitala yönəldilmiş sərmayənin 11%-i bank kreditlərinin payına düşür
Maliyyə
15 May , 2017 12:22
Azərbaycanda əsas kapitala sərmayələr 4% azalıb

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 533,4 mln. manat və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% az vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitin 2,98 mlrd. manatı neft sektoruna, 1,551 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 83,9%-i məhsul istehsalı obyektləri, 11,2%-i xidmət sahələri üzrə obyektlər, 4,9%-i isə ümumi sahəsi 506,5 min kv. metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8%, bank kreditləri 10,8%, büdcə vəsaitləri 10,3%, əhalinin şəxsi vəsaitləri 4,4%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,5% olub.

Bu ilin ilk 4 ayı ərzində Naxçıvan MR-da 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi