Azərbaycanda ən az gəlirli əmanətlər Naxçıvandadır

Azərbaycanda ən az gəlirli əmanətlər Naxçıvandadır Bank əmanətlərinin 92,5%-i Bakı şəhərinin payına düşür
Maliyyə
9 Fevral , 2015 13:28
Azərbaycanda ən az gəlirli əmanətlər Naxçıvandadır

Bakı. 9 fevral. REPORT.AZ/ Cari ilin yanvarın 1-nə Azərbaycanın iqtisadi rayonlarında cəlb olunmuş bank əmanətləri üzrə ən aşağı gəlirlilik Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəlb olunmuş əmanətlər üzrə orta illik gəlirlilik 4,4% təşkil edib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, ən yüksək gəlirlilik isə Abşeron iqtisadi rayonunda (8,5%) olub.

Hesabata əsasən,  ölkə üzrə cəlb olunan əmanətlərin cəmi 0,27%-i və ya 19,3 mln. manatı Naxçıvan, 2,41%-i və ya 173,1 mln. manatı Abşeron iqtisadi rayonunun payına düşür.

Cari ilin yanvarın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məcmu həcmi 7,188 mlrd. manat, əmanətlər üzrə orta illik gəlirlilik isə 8,0% təşkil edib. Cəmi əmanətlərin 92,48%-i və ya 6,648 mlrd. manatı Bakı şəhərinin payına düşür.

Son xəbərlər

Orphus sistemi