Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi artıb

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi artıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il sentyabrın 1-nə 63% təşkil edib.
Maliyyə
10 Oktyabr , 2018 14:21
Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi artıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il sentyabrın 1-nə 63% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu nisbət avqustun 1-də 62,3% olub. Başqa sözlə, avqustda əmanətlərin dollarlaşması 0,7% bəndi artıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il sentyabrın 1-nə 72,2% olub.

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il sentyabrın 1-nə 8 020,8 mln. manat təşkil edib ki, bunun da 5 053,9 mln. manatı xarici valyutada yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi