İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Elvin Məmmədovdur.
O, bundan əvvəl Azərbaycanda elektronika məhsulları satan “İrşad Electronics” MMC-nin Kredit şöbəsinin müdiri olub.