Azərbaycanda əksər həyat sığortası növlərinə maraq artıb

Azərbaycanda əksər həyat sığortası növlərinə maraq artıb Bu ilin yanvar ayında Azərbaycanda həyatın yaşam sığortası üzrə 13,288 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
29 Fevral , 2020 10:52
Azərbaycanda əksər həyat sığortası növlərinə maraq artıb
google.az

Bu ilin yanvar ayında Azərbaycanda həyatın yaşam sığortası üzrə 13,288 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,9% çoxdur.

Son 1 ildə həyatın yaşam sığortası üzrə ödənişlər isə 62,5% artaraq 11,928 milyon manat olub.

Ölkədə həyatın ölüm halından sığortası bazarı isə cüzu kiçilib. Belə ki, yanvarda bu sığorta növü üzrə daxilolmalar 1 il əvvələ nisbətən 1% az - 2,897 milyon manat, ödənişlər isə 61,2% çox - 166 min manat təşkil edib.

Azərbaycanda əmək qabiliyyətinin sığortasına da maraq azalıb. Hesabat dövründə bu sığorta növü üzrə yığımlar 84,1% azalaraq 39 min manata, ödənişlər isə ötən ilin yanvar ayındakı kimi bu ilin yanvar ayında da olmayıb.

Əvəzində ölkədə sağalmaz xəstəliklərdən sığortaya maraq artıb. Bu sığorta növü üzrə toplanılan sığorta haqqı təxminən 3 dəfə artaraq 20 min manata çatıb. Ödənişlər baxımından vəziyyət isə əmək qabiliyyətinin sığortasında olduğu kimidir.

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bazarı da böyüyüb. Bu sığorta növü üzrə daxilolmalar 15,3% artaraq 2,585 milyon manata çatıb, ödənişlər isə 43,1% azalaraq 222 min manata düşüb. 

Son xəbərlər

Orphus sistemi