Azərbaycanda əhaliyә göstәrilәn ödәnişli xidmәtlәrdən gəlir 26% azalıb

Azərbaycanda əhaliyә göstәrilәn ödәnişli xidmәtlәrdən gəlir 26% azalıb Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri nәticәsindә cari ilin mart, aprel, may, iyun, iyul, avqust vә sentyabr aylarında sәrnişin daşın
Maliyyə
766
18 Oktyabr , 2020 12:29
Azərbaycanda əhaliyә göstәrilәn ödәnişli xidmәtlәrdən gəlir 26% azalıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri nәticәsindә cari ilin mart, aprel, may, iyun, iyul, avqust vә sentyabr aylarında sәrnişin daşınmasında müşahidә olunan ciddi azalmalar, hәmçinin bir sıra xidmәt sahәlәrinin fәaliyyәtinә qoyulmuş mәhdudiyyәtlәrlә әlaqәdar әhaliyә göstәrilmiş ödәnişli xidmәtlәrdәn әldә olunan gәlir cari ilin yanvar-sentyabr aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә 25,7% azalaraq 4 937 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şәxslәr tәrәfindәn әhaliyә 3 742,7 mln manatlıq xidmәt göstәrilib ki, bu da xidmәtlәrin ümumi dәyәrinin 75,8%-ini tәşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında hәr bir ölkә sakini orta hesabla 495,1 manatlıq vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә nominal ifadәdә 169,1 manat az müxtәlif ödәnişli xidmәtlәrdәn istifadә edib.

Son xəbərlər

Orphus sistemi