Azərbaycanda əhalinin nağd xalis avro alışı kəskin artıb

Azərbaycanda əhalinin nağd xalis avro alışı kəskin artıb Vahid Avropa valyutası üzrə nağd alqı-satqısı əməliyyatlarının həcmi iyulda 89 mln. avroya çatıb
Maliyyə
16 Sentyabr , 2016 18:16
Azərbaycanda əhalinin nağd xalis avro alışı kəskin artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin iyul ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 32 358 min avronun xalis satışı həyata keçirilib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyulda yenə də əhaliyə satış alış əməliyyatlarını üstələyib.

İyulda xalis avro satışı iyun ayı ilə müqayisədə 72,9% artım göstərib. İyul ayı ərzində avro ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 88 936 min avro təşkil edib. Bu, iyun göstəricisindən 10,7% azdır. İyulda həyata keçirilən alış-satış əməliyyatlarının 60 648 min avrosu əhaliyə satış, 28 288 min avro isə əhalidən alış olub.

Ümumiyyətlə, bu ilin 7 ayında banklar 131 918 min avro həcmində xalis (yəni, alışla satışın fərqi) nağd avro satıb. Belə ki, yeddi ayda avro ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 551 584 min dollar təşkil edib. Bundan da 341 751 min avro əhaliyə satış, 209 833 min avro isə əhalidən alışın payına düşüb.

Son xəbərlər

Orphus sistemi