Azərbaycanda əhalinin gəlirləri 30,1 mlrd. manata çatıb

Azərbaycanda əhalinin gəlirləri 30,1 mlrd. manata çatıb Adambaşına gəlir artımı istehlak bazarındakı bahalaşmanı 0,8 faiz bəndi üstələyib
Maliyyə
15 Oktyabr , 2015 19:54
Azərbaycanda əhalinin gəlirləri 30,1 mlrd. manata çatıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Cari ilin doqquz ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 30,1 mlrd. manata çatıb. 

"Report"un Dövlət Statistika Komitəsinə isinadən verdiyi xəbərə görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,5% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,8 faiz bəndi üstələyib.

Bu dövr ərzində gəlirlərin 75,6%-i son istehlak xərclərinə, 9,4%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,1%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirləri 27,3 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.

Son xəbərlər

Orphus sistemi