Azərbaycanda əhalinin dollara tələbatı yenidən artıb

Azərbaycanda əhalinin dollara tələbatı yenidən artıb Bu ilin 9 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 281 mln. dollar təşkil edib
Maliyyə
7 Noyabr , 2016 12:41
Azərbaycanda əhalinin dollara tələbatı yenidən artıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevral, aprel və may aylarında əhalidən xalis dollar alışı həyata keçirən banklar, yenidən satışa keçib. Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 280,999 mln. dollar təşkil edib.

Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis valyuta satışı 93,525 mln. dollar olub.

"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neft qiymətlərinin düşməsi ilə bağlıdır.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il noyabrın 1-nə 11 187,9 mln. dollar və ya 73,6% azalaraq 4 005,5 mln. dollara enməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi